İsmayıllıda müxtəlif sahələrdə çalışan 50 nəfər dövlət qulluqçusuna təlimlər keçirilir. Bu barədə ShimalNews 16 avqust tarixində məlumat verir.
İştirakçılara “Dövlətin əsasları” və “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi”, “Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə”, “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları” mövzularında məlumatlar verilir.
Təlim Dövlət İmtahan Mərkəzi (DİM) Hüquq təminatı sektorunun müdiri Ülviyyə Bədəlova, DİM-in Dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun müdiri Elnur Abbasov tərəfindən keçirilir.