Xaçmazda yaşıllıq ərazilərdə baş verə biləcək yanğınlarla bağlı tədbir keçirilib. Bu barədə ShimalNews 15 avqust tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir.

Görüşdə ESTN, FHN və yerli icra və bələdiyyə orqanlarının əməkdaşları, həmçinin sakinlər iştirak ediblər. Mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Birgə əməkdaşlıqla yanaşı, vətəndaşların yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməli olduqları vurğulanıb.