Bu gün Xaçmazda güləş idman növü ilə bağlı tədbir keçiriləcək. Bu barədə ShimalNews 15 avqust tarixində Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
“Sərbəst güləş hamı üçün” kütləvi idman toplantısı saat 18:00-dan 19:00-dək Şəxsiyyətlər parkında yerləşən güləş idman zalında baş tutacaq. Tədbirin məqsədi bu idman növünə olan marağın artırılması və sağlam həyat tərzinin təbliğidir.