Qusar, Xaçmaz və Quba rayon sakinlərinə ödənişsiz hüquqi xidmətlər davam edir. Bu barədə ShimalNews 15 avqust tarixində Qusar Qadın Resurs Mərkəzinə istinadən məlumat verir.

“Azərbaycanda institusional potensialın gücləndirilməsi vasitəsilə insan hüquqlarına əsaslanan yanaşmanın aktuallaşdırılması” layihəsi çərçivəsində artıq 100-dən çox insana hüquqi dəstək göstərilib.

Məqsəd ehtiyacı olan ailələrə problemlərinin həll olunmasında, onların maarifləndirilməsində peşəkar hüquqi dəstəyin göstərilməsidir.

Xidmətdən faydalanmaq istəyənlər Qusar Qadın Resurs Mərkəzinə müraciət edə bilərlər.
Ünvan: Qusar şəhəri, M.Vəliyev küçəsi.