DİM-in Xaçmaz Regional Bölməsində abituriyentlərə qəbulla bağlı ödənişsiz kömək göstəriləcək. Bu barədə ShimalNews 15 avqust tarixində məlumat verir.
Ali təhsil müəssisələrinə ixtisas seçimi 16-28 avqust tarixlərində aparılacaq. “Abituriyent Məsləhət Mərkəzləri”nin fəaliyyəti DİM və Təhsil İdarəsi tərəfindən razılaşdırılıb.
Aşağıdakı cədvəldə verilmiş tarixlərdə və ünvanlarda müvafiq rayonlar üzrə abituriyentlərə DİM-in Xaçmaz regional bölməsinin əməkdaşları və Rayon Təhsil Sektorlarının məsul şəxsləri tərəfindən tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz kömək göstəriləcək:
