Xaçmazda beynəlxalq ekokönüllülük layihəsi həyata keçirilib. Bu barədə ShimalNews 15 avqust tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.
“Təmiz Oyunlar” adlı layihə Samur-Yalama Milli Parkında baş tutub. Aksiya Bioloji Müxtəlifliyin Qorunması Xidməti, “Gənclərin Töhfəsi”, “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi” və “Peşə Təhsilinin İnkişafına və Məşğulluğa Dəstək” ictimai birlikləri tərəfindən təşkil olunub.
İməcilikdə 60 könüllü iştirak edib, 1 saat ərzində ümumilikdə 500 kq müxtəlif növ tullantı yığılaraq parkın ərazisindən daşınıb.
Sonda iştirakçılar diplom, sertifikat və müxtəlif hədiyyələrlə təltif olunublar.