Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tərəfindən səyyar qəbul keçirilib. Bu barədə ShimalNews 15 avqust tarixində RİH-yə istinadən məlumat verir.
Görüş Müşkür kəndində təşkil edilib. Burada, eləcə də Müşfiq, Müzəffəroba, Köhnə Xaçmaz, Xaspoladoba, Əzizli, Gəncəli və Bəbəli kəndlərinin sakinləri iştirak ediblər. Onlar elektrik enerjisinin verilişinin bərpası, yeni subartezian quyusunun qazılması, qəsəbələrarası yolun təmiri, yeni tibb məntəqəsi binasının tikintisi ilə bağlı müraciətlər səsləndiriblər.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə tapşırıqlar verilib. Həmçinin bəzi müraciətlər yerindəcə həll edilib.