Qubada “Açıq əyləncəli məhəllə futbol liqası”na start verilib. Bu barədə ShimalNews 15 avqust tarixində Gənclər və İdman İdarəsinə (Gİİ) istinadən məlumat verir.

İlk matç 28 May parkındakı stadionda keçirilib. Tədbir Gİİ və Futbol Klubu ilə birgə təşkil olunub. Burada qonaqlar, həvəskar futbolçular və azarkeşlər iştirak ediblər.

Sentyabr ayına kimi davam edəcək liqada 2 yaş qrupu üzrə 14 komanda rəqabət aparacaq. Sonda qaliblərə müvafiq dərəcəli diplom, medal və kubok təqdim olunacaq.