Qubada yanğın baş verib. Bu barədə ShimalNews 15 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə Alpan kəndində qeydə alınıb. Alov 200 kv.m-lik ikimərtəbəli evin yanar konstruksiyalar olan 170 kv.m-lik sahəsini bürüyüb. Əraziyə FHN-in qüvvələri cəlb olunub və evin qalan hissəsi mühafizə olunub.