Qusarın Yuxarı Ləgər kəndində yanğın hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 15 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Həyətyanı sahəyə yığılan 12 ton ot bağlaması alışıb. Əraziyə FHN-in bölmələri cəlb olunub. Nəticədə 8 ton ot mühafizə olunub, qalanı yanıb.