AQTA Xaçmaz şəhərində heyvan kəsimi məntəqələrində monitorinq keçirib. Bu barədə ShimalNews 15 avqust tarixində agentliyə istinadən məlumat verir.
Yoxlama zamanı Köhnə Xaçmaz kəndindəki Nizami Ağayevə məxsus məntəqədə təkrar nöqsanlar aşkar olunub. Nəticədə yenidən bərpa olunan qurğu sökülüb və obyektin sahibkarına protokol tərtib olunub.