Amerikalı jurnalist Kelvin Dark STMEGİ saytına müsahibəsində Quba haqqında danışıb. Bu barədə ShimalNews 15 avqust tarixində məlumat verir.
“Qırmızı qəsəbədə diqqətimi ən çox Dağ yəhudilərinin Tarix Muzeyi cəlb etdi. Mən Dağ yəhudiləri icmasının yaradılması, onların zəngin mədəniyyəti və ənənələrinin nəsildən-nəslə keçdiyi barədə çoxlu məlumat əldə etdim. Muzeydən çox təsirləndim, çünki o, köhnə adət-ənənələri və tarixi yeni interaktiv eksponatlarla birləşdirir.
Gördüm ki, Azərbaycan ilə İsrail arasında əlaqələr genişlənib və daha da möhkəmlənib. Hesab edirəm ki, bu münasibətlər müsəlmanlarla yəhudilər arasında əməkdaşlığın gözəl nümunəsidir və bütün dünya buna diqqət yetirməlidir. Fəxrlə deyə bilərəm ki, müsəlmanlarla yəhudilər arasında münasibətlərin ən yaxşı nümunəsi Azərbaycandadır”, – deyə K.Dark bildirib.