Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Quba rayonunda vətəndaşları qəbul edəcək. Bu haqda ShimalNews 15 avqust tarixində məlumat verir.
Qəbul avqust ayının 18-i saat 11:00-da  Quba rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında  keçiriləcək. Burada iştirak etmək istəyənlərin Quba rayonu “9 №-li Xüsusi Təyinatlı Yol İstismarı” və Qusar rayonu “6 №-li Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur.