Quba ASAN Təlim Mərkəzində gənclərə “Layihə meneceri ol” təlimləri keçiriləcək. Bu barədə ShimalNews 15 avqust tarixində məlumat verir.

Layihələrin yazılması və idarə olunması istiqamətində bilik və bacarıqlara yiyələnmək istəyənlər fürsətdən yararlana bilərlər. Bu, 3 gün (17-19 avqust) davam edəcək və 3 mərhələdən ibarət olacaq kurslardır.

Təlim proqramı “Gənclərlə iş üzrə menecerlərin inkişaf proqramı”nın iştirakçısı, 2 layihə rəhbəri, həmçinin nümayəndəliyimizin layihələr üzrə mütəxəssisi Eyvaz Xeyrullayev tərəfindən keçiriləcək.

Qeydiyyat üçün link:

https://docs.google.com/forms/d/e/1FAIpQLSfUc_gm8gw5ZRB9ygL_QzKxWRRY9B08Q7QPMv7K4DxVNwB4eQ/viewform