Xaçmaz rayonunda 1500 m dərinlikdən çıxarılan su Azərbaycan bazarına təqdim edilib. Bu barədə ShimalNews 14 avqust tarixində Marja.az-a istinadən məlumat verir.
Azərbaycanda iri qida istehsalçısı “Azersun Holding” mineral qazlı su bazarına “Qaf” markası ilə daxil olub. Su 1970-ci ildən sakinlər tərəfindən öz müalicəvi xüsusiyyətləri ilə tanınır. Bu ildən etibarən isə qablaşdırılmağa başlanıb.
“Qaf” yerin dərinliklərindən çıxarkən keçdiyi təbəqələrdən Na, Mg, Ca kimi mineralları alaraq irəliləyir. Buna görə də həzm prosesinə, yorğunluq və əzginliyin azalmasına, yaddaşın güclənməsinə və diqqətin artırılmasına kömək edir.