Xaçmazda sürücüsüz, lakin sərnişinləri olan avtomobil digər nəqliyyat vasitəsinə çarpılıb. Bu barədə ShimalNews 14 avqust tarixində məlumat verir.
Hadisə avqustun 13-ü axşam saatlarında qeydə alınıb. “VAZ-2107” markalı avtomobili Xudat-Nabran yolunun üzərində yerləşən “Lider” marketin qarşısında saxlayan sürücü əl əyləcini çəkib, avtomobildən düşüb, mağazaya keçib. Sərnişinlər isə avtomobildə qalıblar. Bir an sonra “07” öz-özünə hərəkət edib və çimərlikdən asas yola çıxan “Opel” markalı avomobilə dəyib.
Əraziyə polis əməkdaşları cəlb ediliblər.