Xaçmazda 2 yaşlı uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Bu barədə ShimalNews 14 avqust tarixində Report-a istinadən məlumat verir.

Qoçaqqazma kəndində Z.H. Əzizağayev fərdi yaşayış evinin 2-ci mərtəbəsinin pəncərəsindən yıxılıb. Azyaşlı Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onu xilas edə bilməyiblər.

Faktla bağlı araşdırma aparılır.