Xəzər dənizinin Xaçmaz sahilində təmizlik işləri aparılıb. Bu barədə ShimalNews 14 avqust tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən məlumat verir.
“Xəzər üçün birgə” devizi altında keçirilən tədbirdə ETSN-in yerli qurumlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, tərəfdaş qurumların nümayəndələri, sakinlər və gənc könüllülər iştirak ediblər. İməcilik zamanı müxtəlif növ tullantılar yığılaraq ərazilərdən daşınıb.
Nazirlik hər kəsi təbiət qoynunda dincələrkən təmizliyə riayət etməyə və ətraf mühiti birgə qorumağa çağırıb.