Xaçmazda icra başçısı Elnur Rzayev növbəti səyyar qəbul keçirib. Bu barədə ShimalNews 14 avqust tarixində RİH-yə istinadən məlumat verir.

Görüş Ağaverdioba kəndində baş tutub. Burada kənd əhalisi, Qusarçay, Balaqusar və Həsənqaladan olan sakinlər iştirak ediblər. Onlar su, işıq və yol təsərrüfatına dair müraciətlər səsləndiriblər.

Qəbuldan sonra icra başçısı kənd məktəbinin binasına baxış keçirib və müəllim kollektivi ilə görüşüb.