Qubada gecə saatlarında zəlzələ olub. Bu barədə ShimalNews 14 avqust tarixində xəbər verir.
Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirilib ki, yerli vaxtla saat 00:08-də Quba stansiyasından 6 km qərbdə zəlzələ qeydə alınıb.
Maqnitudası 3.1, dərinliyi 47 km olan zəlzələ hiss olunmayıb.