Qubada aşan avtobusda 19 nəfər xəsarət alıb. Bu barədə ShimalNews 14 avqust tarixində məlumat verir.

Hadisə avqustun 13-ü Quba-Qusar yolunun Digah kəndi ərazisində baş verib. Daxilində 22 nəfər olan “Temsa” markalı sərnişin avtobusu idarəetməni itirərək döngədə aşıb.

Əraziyə polis əməkdaşları cəlb ediliblər. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Quba Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Daha öncə “Shacman” markalı yük avtomobilinin eyni yerdə aşması haqqında xəbər vermişdik. Sakinlər bildirirlər ki, burada avtomobillər daim qəzaya düşür.