Qubadakı “Ümid” marketin qarşısında qəza olub. Bu barədə ShimalNews 14 avqust tarixində məlumat verir.
Hadisə bu gün H.Əliyev prospektində qeydə alınıb. “Hyundai” və “VAZ-2109” markalı avtomobillər toqquşub. Əraziyə YPX əməkdaşları cəlb olunublar.
Şahidlərin sözlərinə görə, qəza “Hyundai” markalı avtomobilin dönməni düzgün yerinə yetirməməsi səbəbindən baş verib.