Qubada yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews 14 avqust tarixində məlumat verir.
Qəza avqustun 13-ü günün ikinci yarısında H.Əliyev prospektində (“Qafqaz oil”in yanında) qeydə alınıb. “VAZ-2107” və “Mercedes” markalı avtomobillər toqquşub. Xəsarət alan olmayıb.
Əraziyə polis əməkdaşları cəlb olunublar.