İsmayıllıda gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün tədbirlər hazırlanıb. Bu barədə ShimalNews 14 avqust tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şirvan regional nümayəndəliyinə istinadən məlumat verir.
15 avqust tarixində saat 15:00-da “0-dan başla” adlı layihə baş tutacaq. Layihə çərçivəsində “MS Word”dan istifadə qaydaları barədə təlim keçiriləcək.
Avqustun 17-si isə saat 15:00-da Kino klubunda “Axırıncı aşırım” adlı film nümayiş olunacaq.