İsmayıllıda qanunsuz saxlanılan odlu silahların aşkar edilərək götürülməsi istiqamətində tədbir keçirilib. Bu barədə ShimalNews 14 avqust tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən məlumat verir.
Polis əməkdaşları tərəfindən İlyas Ağayevdən müvafiq sənədləri olmadan saxladığı ov tüfəngi götürülüb.
2023-cü il ərzində rayon polis şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri tədbirlərlə müvafiq sənədləri olmayan ümumilikdə 36 tüfəng aşkar edilib.