Xaçmazın Qusarçay kəndində yanğın hadisəsi baş verib. Bu haqda ShimalNews 14 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Ümumi sahəsi 130 kv.m olan talvarın 50 kv.m-i yanıb. Əraziyə FHN-in bölmələri cəlb olunub, alov söndürülüb. Yanğınsöndürənlər tikilinin qalan hissəsini mühafizə ediblər.