Bu gün şəhid Səhman Bədəlovun anadan olduğu gündür. Bu barədə ShimalNews 14 avqust tarixində məlumat verir.
Yaşasaydı, Səhmanın 22 yaşı tamam olacaqdı. O, 1-ci Nügədi kəndində anadan olub. 2019-cu ildə hərbi xidmətə çağırılıb və Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edib.
Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 14 oktyabr 2020-ci ildə Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhidlik zirvəsinə ucalıb.
S.Bədəlov ölümündən sonra “Vətən uğrunda” , “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib.
Daha öncə 1-ci Nügədi kəndində küçəyə şəhidin adının verilməsi haqda məlumat vermişdik.