Xaçmaz Olimpiya İdman Kompleksində minifutbol yarışı baş tutub. Bu haqda ShimalNews 12 avqust tarixində Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Yoldaşlıq matçında 14 və 17 yaşlı qızlardan ibarət komandalar qarşılaşıb. Yekunda yaşda və təcrübədə böyük olanlar 3:1 hesabı ilə qalib gəliblər.
Tədbirdə Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun müdiri Elman Məmmədov futbolçulara tövsiyələrini verib. Eləcə də gələcəkdə Regional İdarənin onlara dəstək olacağını bildirib.