Xaçmazda təsərrüfatçılar itkinin az olması üçün fındığı vaxtında toplamağa çalışırlar. Bu barədə ShimalNews 12 avqust tarixində Azərtac-a istinadən məlumat verir.
Hazırda yaşıl qabıqlı fındıq sexlərdə 1.5 manata qəbul edilir. Onu toplamaq çətin iş olduğu üçün işçilər 1 kiloqramını 50 qəpiyə yığırlar.
“Aparatdan çıxan fındığın qiyməti 3.20-3.30 manat arası dəyişir. Hər bir halda kəndli fındığı yaş-yaş satmaq istəməz, çünki qış ruzisidir. İstəyər ki, bahalaşsın, onu yaxşı qiymətə satsın”, – deyə təsərrüfatçı İsmayıl Məmmədəliyev bildirib.
Xaçmaz rayonundakı fındıq bağlarının ümumi sahəsi təxminən 10 min ha təşkil edir. Bu bağlar hər il 6-7 min ton məhsul verir.