Xaçmazda “Uğurlu sahibkarlara xas olan davranışlar” mövzusunda təlim keçirilib. Bu haqda ShimalNews 12 avqust tarixində Kiçik və Orta Biznes İnkişaf Mərkəzinə istinadən məlumat verir.
KOBİM tərəfindən keçirilən maarifləndirici təlimə 15 iştirakçı qatılıb. Onlara sahibkarlıq anlayışı, uğurlu sahibkara xas olan davranış xüsusiyyətləri, biznesdə uğur qazanmağın yolları, dayanıqlı və ticari biznes ideyalarının hazırlanması və biznesin yaradılması üçün ideyanın fəaliyyətə çevrilməsi ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.
Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.