Xaçmaz, Quba, Qusar və İsmayıllı rayonlarında yerləşən yaşayış evləri və kənd təsərrüfatları müsabiqəyə və hərraca çıxarılacaq. Bu barədə ShimalNews 12 avqust tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən məlumat verir.

Prosesdə iştirak etmək istəyənlərin ərizələri 14 avqust – 12 sentyabr tarixləri aralığında qəbul ediləcək. Müsabiqə və hərraclar isə sentyabr ayının 14-də saat 15:00-da baş tutacaq.

Tam siyahı ilə tanış olmaq üçün link üzrə keçid etmək olar.