Bakı-Quba yolunun İqrığ kəndi ərazisində avtomobil qəzası olub. Bu barədə ShimalNews 12 avqust tarixində məlumat verir.

Hadisə avqustun 11-i saat 22:30 radələrində qeydə alınıb. Vətən müharibəsi qazisi Sənan Səfərov idarə etdiyi “VAZ” markalı avtomobillə dönmə işarəsini yandıraraq dönmək istəyib. Bu zaman arxadan gələn “MAN” markalı yük avtomobili ona çarpılıb.

Şahidlər bildirirlər ki, yük avtomobilinin sürəti çox olub. O, əyləcdən istifadə etsə də, nəqliyyat vasitəsini saxlaya bilməyib.

Əraziyə polis əməkdaşları cəlb olunublar.

Qubada Vətən müharibəsi qazisi qəzaya düşüb
Photo Shimal.News