Quba şəhərində 0.5 ha sahədə quru ot və kol-kos yanıb. Bu barədə ShimalNews 12 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Yanğın zamanı ərazidə yerləşən və 12 kv.m sahəsi olan bərbərxananın tavanı, kondisioneri və 2 ədəd qaz sayğacı əriyib.
Əraziyə FHN-in bölmələri cəlb edilib. Yaxınlıqdakı tikililər mühafizə olunub, alov söndürülüb.