Qubanın Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews 12 avqust tarixində məlumat verir.

Hadisə “Azpetrol” yanacaqdoldurma məntəqəsinin (YDM) yanında saat 13:45 radələrində baş verib. “Kia” və “Mercedes” markalı avtomobillər toqquşub. Xəsarət alan olmayıb.

Əraziyə polis əməkdaşları cəlb ediliblər.

Şahidlər bildirirlər ki, YDM-də sıxlıq müşahidə edilib. “Kia” yolun əks-istiqamətinə çıxıb ki, digər tərəfdən məntəqəyə daxil olsun. Bu zaman toqquşma baş verib.