Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews 12 avqust tarixində məlumat verir.

Hadisə 11 avqust tarixində saat 17:15 radələrində qeydə alınıb. “Xalq Bank”ın qarşısında “Mersedes” və “VAZ 2106” markalı avtomobillər ara məsafəsi saxlamadığına görə toqquşub. Xəsarət alan olmayıb.

Əraziyə yol polisinin əməkdaşları cəlb olunublar.