Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Qubada “Qanunsuz kömür istehsalı ilə birgə mübarizə aparaq” aksiyası keçirib. Bu barədə ShimalNews 12 avqust tarixində xəbər verir.
Nəzarət tədbirləri zamanı Quba rayonunun Bad kəndində vətəndaşın həyətyanı sahəsində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları və dəmir soba aşkar edilib.
Araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxsin rayon sakini Elşən Bayramov olduğu müəyyən edilib. Onun barəsində akt, protokol tərtib edilərək qanunamüvafiq tədbirlər görülüb, kömür quyu isə ləğv olunub.