Qubada təhlükəsizlik qaydaları barədə seminar təşkil olunub. Bu barədə ShimalNews 12 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
FHN tərəfindən təşkil olunan tədbir Heydər Əliyev Mərkəzində baş tutub. Məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
İştirakçılara, həmçinin yanğın zamanı davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə göstərilib.