Əslən qusarlı Qavriil İlizarov həkim olmaq arzusunda olub. Bu isə Qusarda baş verən bir hadisə ilə bağlıdır.

Hadisə XX əsrin əvvəllərində, Azərbaycanda kütləvi aclığın hökm sürdüyü dövrdə baş verib. İlizarov 9 yaşında ikən dostları ilə birlikdə bir bağda armud ağacının meyvələrini dərib, yemək istəyib. Onlar ağacların üzərinə zərərvericilərə qarşı mayenin vurulmasına fikir verməyiblər. Uşaqlar o qədər ac olublar ki, armudlardan doyunca yeməmiş, oradan getmək istəməyiblər.

Gecə vaxtı İlizarovun qızdırması qalxıb və o, özünü pis hiss etməyə başlayıb. Valideynləri tərəfindən çağırılan feldşer (orta tibb təhsili olan həkim köməkçisi) onun ağır zəhərləndiyini bildirib. Feldşer Qavriilə böyük miqdarda qaynadılmış su içirir və iynə vurur. Nəticədə İlizarovun ağrıları keçir, səhərisi gün isə o, tam olaraq sağalır. Bu, İlizarovun gözündə bir möcüzəyə çevrilir.

İlizarov üçün həmin feldşerin adı sirr kimi qalır. O, Qavriilın tanış olduğu savadlı insanlardan birinə çevrilir. İlizarov “kumirinin” peşəsi ilə maraqlanmağa başlayır. Sonra isə qəti qərara gəlir ki, böyüyəndə mütləq onun kimi olacaq.

Nəticədə o, öz hədəfinə çatır. İlizarov təkcə Azərbaycanda yox, həmçinin dünyada tanınmağa başlayır. Onu Qərbdə “Ortopediyanın Mikelancelo”su adlandırırdılar. İlizarov tərəfindən 1950-ci illərdə sınıqlar, sümük deformasiyalarını müalicə edən “Kompression-distraksion” üsulu (İlizarov aparatı) icad olunmuşdur. Hazırda həmin aparat bütün dünyada hələ də istifadə olunur. Onun adına Rusiyanın Kurqan şəhərində bərpaedici travmatologiya və ortopediya mərkəzi də fəaliyyət göstərir.

İstinad edilən mənbələr: