İsmayıllıda “12 Avqust – Beynəlxalq Gənclər Günü” münasibətilə yarış keçirilib. Bu haqda ShimalNews 12 avqust tarixində məlumat verir.
Marşrut Mərkəzi Meydan – Şəhidlər Xiyabanı – Mərkəzi Meydan üzrə olub. Gərgin keçən birincilikdə yeniyetmələr arasında Maksim Pulatov 1-ci, Artyom Sokolov 2-ci və İvan Quryev 3-cü olublar. Həvəskarlar arasında isə Samir Həsənov 1-ci, Həsən Hüseynov 2-ci və İbrahim Xalıqov 3-cü yerə sahib çıxıblar. Bundan başqa, yeganə xanım iştirakçı olan Mariana Akimova da 1-ci yerə layiq görülüb.
Qalib gəlmiş idmançılar təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Onlara həm də sponsorlar tərəfindən 1 illik servis xidməti göstəriləcək.