İsmayıllı sakini “Gənc Fermerlər Proqramı”nda uğurla iştirak edərək öz işini qurub. Bu barədə ShimalNews 12 avqust tarixində “FAO Azərbaycan”a istinadən məlumat verir.

İvanovkadan olan 32 yaşlı gənc fermer Rahib Ağayev yoldaşlarının onlarla birgə şəhərə köçmək çağırışlarına uymadı. O, doğma yurdunda arzusunu həyata keçirməyi üstün tutdu.

Bunun üçün köhnə avadanlıqlarla kiçik bir əkinçilik fəaliyyətinə başladı. Həmin vaxt onun 10-15 baş inək və qoyunu var idi. Təsərrüfatını genişləndirmək məqsədilə maliyyə dəstəyi üçün FAO Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində həyata keçirilən Aqrar Məşğulluğun Artırılması Layihəsinə müraciət etdi. Ona 2019-cu ildə “Gənc Fermerlər Proqramı” çərçivəsində 30.000 manat kredit ayrıldı. İndi Rahibin fermasında 380 qoyun, 6 inək və 20 keçi var.

İsamayıllıdan olan gənc kənddə fermer olmağı seçib
Foto Birləşmiş Millətlər Təşkilatı