Xaçmazda Vətən müharibəsi qazisi ilə görüş keçirilib. Bu haqda ShimalNews 11 avqust tarixində Yeni Azərbaycan Partiyası Xaçmaz Rayon Təşkilatına istinadən məlumat verir.
Ziyarət zamanı Əbilyataq kəndində yaşayan Vətən müharibəsi qazisi Çingiz Vəchiyev xatirələri ilə bölüşüb və keçdiyi döyüş yolundan danışıb.
11 avqust tarixində baş tutan tədbirdə təşkilatın sədri Məhəmməd Balaqadaşov, RİH-nin şöbə müdiri Vüqar Fərzəliyev, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin əməkdaşı Fərid Musayev, Niyazoba Ərazi Partiya Təşkilatının sədri Oktay Əhmədov iştirak ediblər.
Sonda qazimizin 1-ci sinfə gedəcək övladına məktəbli çantası, ləvazimatlar və hədiyyələr təqdim olunub.