Xaçmazda kütləvi dava nəticəsində 2 qardaş xəsarət alıb. Bu haqda ShimalNews 11 avqust tarixində “Report”a istinadən məlumat verir.

Rayon sakinləri, 35 yaşlı Müzəffər və 44 yaşlı Məlik Məhərrəmov qardaşlarının tanıdıqları şəxslərlə mübahisələri düşüb. Bundan sonra əlbəyaxa dava olub.

Məhərrəmovlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.