Xaçmaz rayonunda Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları monitorinq zamanı restoran və marketlərdə nöqsanlar aşkar ediblər. Bu barədə ShimalNews 11 avqust tarixində agentliyə istinadən məlumat verir.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı nöqsanlar aşkar edilmişdir.
Bununla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, sahibkarlıq subyektlərinin rəhbərləri inzibati məsuliyyətə cəlb olunublar.
Qayda pozuntuları aşkar olunan müəssisələr aşağıdakılardır:
- Xaçmaz rayonu, Şimali kəndi – Leyla Sonalıyevaya məxsus market;
- Xaçmaz rayonu, Şimali kəndi – Novruz Səlimova məxsus mağaza.