Xaçmaz rayonunda həmkarlar ittifaqlarının rayon ərazisində yerləşən istirahət mərkəzlərinə baxış keçirilib. Bu barədə ShimalNews 11 avqust tarixində RİH-yə istinadən məlumat verir.

“Xəzər”, “Şahdağ”, “Ülfət”, “Lokomotiv” və “Təhsil” istirahət mərkəzlərində dincələn şəxslərin qaldıqları korpus otaqları və kotteclər gəzilərək, onların istirahəti üçün yaradılmış şəraitlə yaxından tanışlıq olub. Eləcə də həmin mərkəzlərin yeməkxanalarına və ərazilərinə baxış keçirilib.

Monitorinq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tərəfindən aparılıb.

Onlar istirahət edən insanlarla söhbət edib, fikirlərini və təkliflərini öyrəniblər.