Xaçmazda tövlənin damı yanıb. Bu barədə ShimalNews 11 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Hadisə Həsənqala kəndində baş verib. Əraziyə FHN-in yanğından mühafizə bölmələri cəlb edilib.
Bildirilib ki, 35 kv.m tövlənin qalan hissəsi və bitişik köməkçi tikili mühafizə olunub. Alov söndürülüb.