Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əməkdaşları Qubanın xəstəxanalarına səfər ediblər. Bu barədə ShimalNews 11 avqust tarixində TƏBİB-yə istinadən məlumat verir.

Monitorinq Mərkəzi Xəstəxanada (RMX), Diaqnostika Mərkəzində və Perinatal Mərkəzdə aparılıb və  müəssisə rəhbərləri ilə yerində görüşlər keçirilib. Səfər vaxtı ÜST qiymətləndirmə alətindən istifadə edilib.

Tədbirdə TƏBİB-nin Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin rəhbəri dr. Nəzrin Mustafayeva və İPİN üzrə ÜST eksperti dr. Cəvahir Süleymanova iştirak ediblər. Həmçinin Quba və yaxın ərazilərdən olan tibb işçilərinə ÜST eksperti dr. Can Hekimoğlu tərəfindən “Əl gigiyenası” təlimi keçirilib.

Səfər “Azərbaycanda pandemiyaya cavab tədbirləri” layihəsi çərçivəsində təşkil olunub.