Qusar rayonunun İdman Olimpiya Mərkəzində “Gənclər bacarır!” layihəsinin iştirakçıları üçün yay düşərgəsi təşkil olunub. Bu barədə ShimalNews 11 avqust tarixində məlumat verir.

“Azercell Telekom” və “SOS Uşaq Kəndləri” Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində 40-a yaxın gənc tədbirdə iştirak edib. Onlar 5 gün ərzində müxtəlif qrup çalışmaları və komanda oyunları vasitəsilə “Bacarıqların müəyyən edilməsi”, “Liderlik və ünsiyyət bacarıqları”, CV-lərin düzgün hazırlanması və işə müraciət etməyin yeni yolları ilə tanış olublar.

Bundan əlavə, İnsan Qaynaqları mütəxəssisləri ilə sual-cavab sessiyası, “Gələcəyin bacarıqları”, “Mock müsahibələr”, “Karyera planlaması”, “Vaxtın idarə olunması” mövzularında tematik və praktik təlimlər də təşkil olunub.