Qubada “Prado” və “VAZ” markalı avtomobillər toqquşub. Bu barədə ShimalNews 11 avqust tarixində məlumat verir.
Hadisə avqustun 10-u saat 21:45 radələrində Heydər Əliyev prospektində (“Araz” marketin qarşısında) qeydə alınıb. Xəsarət alan olmayıb.
Əraziyə yol polisinin əməkdaşları cəlb olunublar.
