Xaçmazın tanınmış məkanlarının birində istirahətə gələnlər ətrafı zibilləyirlər. Bu barədə ShimalNews 11 avqust tarixində məlumat verir.

Antisanitar vəziyyət Nabranın ödənişsiz çimərliyində qeydə alınıb. Bəzi insanlar burada istirahət edəndən sonra tullantıları burada qoyub, çıxır gedirlər.

“Buralar nəzarətsiz qaldığından xoşagəlməz hallar yaşanır. Düzdür, ətrafda zibil qutuları yoxdur. Lakin bu, o demək deyil ki, zibili yerə atıb istirahətə gəldiyin yeri zibilləyəsən. Dəniz qırağında addımbaşı bu mənzərəni görmək olar”, – deyə istirahət edənlər bildiriblər.

Xaçmazın tanınmış məkanlarının birində istirahətə gələnlər ətrafı zibilləyirlər
Photo Shimal.News