İsmayıllıda işsizlər üçün tədbir keçirilib. Bu haqda ShimalNews 11 avqust tarixində Əmək və Əhalinin Sosial Müdaiəsi Nazirliyinə istinadən məlumat verir.
“İşsizin dostu” proqramı çərçivəsində ictimai dinləmə təşkil olunub. Burada məqsəd proqramın fəaliyyət sahələri, bu işlərə cəlb olunma, müraciət qaydaları barədə məlumat vermək, rəy və təklifləri dinləmək və sualları cavablandırmaqdır.
Tədbirdə mərkəzin direktor müavini Emil İsmayılov və RİH başçısının müavini Eyyub Musayev iştirak ediblər.